İlon Maskdan yadplanetli açıqlaması: "Bilmək istəyərdim..."


Digərləri 29 Sen 2019 14:36:00 288 0

İlon Maskdan yadplanetli açıqlaması: "Bilmək istəyərdim..."

"SpaceX" şirkətinin rəhbəri İlon Mask bildirib ki, qalaktikanın bizim olduğumuz hissəsində yadplanetlilər yoxdur.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Mask bunu "Starship" raketinin ilk tam yığılmış nüsxəsinin quraşdırıldığı start meydançasında keçirilən tədbirdə çıxış edərkən bildirib.

"Bildiyimiz qədərilə, biz yeganə şüurlu varlıqlarıq. Bəlkə də, orada həyat var, amma biz onun təzahürlərini görməmişik. Əgər məndən soruşsanız ki, yadplanetlilər haqda nə bilirəm, deyərdim ki, onların mövcud olub-olmadığı haqda biliyə sahib olmaq istərdim. Bunun heç bir nişanəsini görməmişəm", - Mask deyib.

Tədbir "SpaceX"in saytında canlı yayımlanıb.

Bu yaxınlarda internetdə hücumla zəbtinə çağırışlar edilən "Zona 51" adlanan ərazidə hərbçilərin yadplanetliləri gizlətməsi barədə əhvalatları İlon Mask populyar memlər adlandırıb.

(adsgarden = window.adsgarden || []).push({});