Bakıda küçədə zibil qabından təhlükəli tapıntı


Digərləri 29 Sen 2019 12:54:00 234 0

Bakıda küçədə zibil qabından təhlükəli tapıntı

Bakıda küçədən silah tapılıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Dəmirov Coşqun Rauf oğlu Xətai rayonu, Cavanşir küçəsi, ev 4-ün qarşısındakı zibil qabından qara rəngli sellofana bükülmüş vəziyyətdə olan tapança və darağını tapıb. O, silah və darağı könüllü olaraq polisə təqdim edib.

Faktla bağlı araşdırma aparılır.