Turistlər üçün hicab sərbəstliyi:


Dünya 29 Sen 2019 11:13:00 239 0

Turistlər üçün hicab sərbəstliyi:

Səudiyyə Ərəbistanına gələn əcnəbi turistlər bundan sonra hicab geyinmək məcburiyyətində qalmayacaqlar.

Son.az Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Turizm və Milli İrs Komissiyasının sədri Əhməd Əl-Katibin "Bloomberg"ə açıqlamasında qeyd olunub.

Onun sözlərinə görə, bununla bağlı qərar qarşıdakı günlərdə rəsmən açıqlanacaq.

Əl-Katib hicab sərbəstliyinin səudiyyəli qadınlar üçün də tətbiq olunma ehtimalından danışıb:

"Bu məsələni heç vaxt müzakirə etməmişik - buna ehtiyac olmayıb. Hicab bizim mədəniyyətimizin bir hissəsidir".

(adsgarden = window.adsgarden || []).push({});