"Lorentso" qasırğası gücləndi


Dünya 29 Sen 2019 10:01:00 226 0

"Lorentso" qasırğası gücləndi

Atlantik okeanında baş verən Lorentso qasırğası beşinci kateqoriyaya qədər güclənib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Milli Qasırğa İzləmə Mərkəzindən bildirilib.

Məlumata əsasən, küləyin sürəti 72 m/s-dək yüksəlib, bu da Saffir-Simpson şkalası üzrə beşinci kateqoriyaya uyğundur.

Qasırğa 17 km/saat sürətlə şimala doğru irəliləməyə davam edir və hazırda Azor adalarından 2270 km məsafədə yerləşir.