Qiyamçılar ərəb koalisiyasının minlərlə əsgərini əsir götürdü


Dünya 28 Sen 2019 23:21:00 273 0

Qiyamçılar ərəb koalisiyasının minlərlə əsgərini əsir götürdü

Yəmənin üsyançı "Ənsar Allah" (husilər) hərəkatının tərəfdarları Səudiyyə Ərəbistanı ilə sərhəddəki Najran əyalətində iri miqyaslı hərbi əməliyyatın keçirildiyini bildiriblər.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Press TV" telekanalının efirində "Ənsar Allah"ın silahlı qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Yəhya Saria bildirib.

O, qeyd edib ki, əməliyyat zamanı Ərəb koalisiyasının minlərlə əsgəri əsir götürülüb, habelə yüzlərlə nəqliyyat vasitəsi ələ keçirilib.

Ərəb koalisiyası xəbəri hələ ki nə təsdiq, nə də təkzib edib.