Təzyiq necə ölçülməlidir?


Digərləri 28 Sen 2019 22:55:00 261 0

Təzyiq necə ölçülməlidir?

Arterial təzyiqi ölçməyi təkcə tibb işçiləri deyil, hər kəs bilməlidir. Günümüzdə bunu bilənlər çoxdur. Amma düzgün qaydada ölçməyi bilənlər isə azdır.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi arterial təzyiqin düzgün ölçülmə qaydasını açıqlayıb.

Son.az e-tibb.az-a istinadən həmin qaydanı təqdim edir:  

Xəstə sakit vəziyyətdə belini oturacağa söykəyib oturduqdan sonra arterial təzyiq ölçülməlidir.

Arterial təzyiq qida, dərman preparatları qəbul edilməzdən əvvəl və fiziki fəaliyyətdən əvvəl ölçülməlidir.

Təzyiq ölçən zaman kəskin hərəkət etmək və danışmaq olmaz.

Tonometrin manjet hissəsi dirsəkdən 1,5-2 santimetr yuxarı olmaqla, bazu nahiyəsinə ürək səviyyəsində bağlanmalıdır.

Təkrar təzyiq ölçmə proseduru 15 dəqiqə fasilə ilə, 2-3 dəfə aparılmalı və nəticələr qeyd olunmalıdır.

Təzyiq ölçülən zaman bunları edin:

Əyləşin və belinizi düz saxlayın.  

Qolunuzu qalın və dar geyimdən azad edin. Geyimin qolu çox dardırsa yuxarıya doğru  çəkmək doğru deyil.

(adsgarden = window.adsgarden || []).push({});