Piylənmənin qarşısını alan məhsul


Digərləri 28 Sen 2019 21:35:00 278 0

Piylənmənin qarşısını alan məhsul

Amerikalı alimlər yüksək kaloriyə malik olan sağlam pəhriz komponentinin artıq çəkinin qarşısını alma xususiyyətinə malik olmasını bildirir. Mütəxəssislər fındığın bir çox xüsusiyyətlərə malik olmasını qeyd edir.

Son.az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 20 il ərzində pəhriz saxlayan təxminən 300 min insan haqqında məlumat toplamışdır. Məlum olmuşdur ki, gündəlik qoz-fındıq normasının yarısını (gündə təxminən 14 qram) yeyənlərin demək olar ki, 1/4 hissəsi artıq çəkidən əziyyət çəkmir.

Alimlər müşahidələrin, qoz-fındıq yemək və piylənmə riskini azaltmaq arasında səbəbli əlaqənin mövcudluğunu müəyyənləşdirməyə imkan verməsini qeyd edir. Bildirildiyi kimi, qoz-fındıq az miqdarda yağlarla, vitaminlərlə, minerallarla və liflərlə zəngindir.

Fındıq ən sağlam hesab edilən Aralıq dənizi pəhrizinin və digər qidalanmaların bir hissəsidir. Alimlər fındığın tərkibindəki vitaminlərin sağlamlığa faydalı olmasını qeyd edilir. Bəzi mütəxəssislər gündə 30 qram qoz-fındıqdan istifadəinin piylənməyə qarşı mübarizədə faydalı olduğunu bildirir.

(adsgarden = window.adsgarden || []).push({});