Şəki sakini Qaxda göldə boğulub


Digərləri 28 Sen 2019 21:39:00 417 0

Şəki sakini Qaxda göldə boğulub

Bu gün axşam saatlarında Qax rayonu Lələli kəndinin inzibati ərazisində sünü göldə kişi meyiti tapılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, aparılan araşdırma zamanı suda boğulan şəxsin Şəki rayon sakini 32 yaşlı Asiman Ağəli oğlu Məmmədovun olduğu məlum olub.

Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.