Məşhur azərbaycanlı gənclər FOTO


Digərləri 28 Sen 2019 19:41:00 245 0

Məşhur azərbaycanlı gənclər  FOTO

Arzularını həyata keçirmək üçün yaş ciddi rol oynamır. Sən istənilən yaşda böyük uğurlar qazana və adını dünyanın ən nüfuzlu jurnallarına yazdıra bilərsən. Bunun üçün sadəcə böyük əzm, səy və məqsədyönlülük tələb olunur.

Son.az publika.az-a istinadən xəbər verir ki, dünyaya səs salan 30 yaşına çatmamış ən məşhur azərbaycanlılarla tanış edir.

Reyhan Camalova 16 yaş

Reyhan Camalova yağış sularından enerji istehsal edən cihazın yaradıcısı və "Rainergy" şirkətinin təsisçisidir. O, bu layihəsi sayəsində "Forbes" jurnalının "Asiya üzrə 30 ən yaxşı gənc araşdırmaçı" siyahısına daxil edilib. BBC-nin dünyanın müxtəlif ölkələrində yaşayan 100 ilhamverici və nüfuzlu qadının adı yer aldığı "100 qadın" layihəsinin 2018-ci il üzrə yenilənmiş siyahısında isə gənc ixtiraçı 43-cü yerdə qərarlaşıb.

Reyhan Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitinin iştirakçısı olub, ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp Reyhanın nailiyyətini təqdir edib.

Emil Qasımov 19 yaş

Karyerasına modelyer kimi başlayan Emil Qasımov beynəlxalq gözəllik müsabiqələrində qalib gəlib. O, "Miss & Mister Planet 2018", "Mister Model Worldwide 2018" kimi yarışları dünyanın ən yaraşıqlı adamı seçilib.

Rauf və Faiq Mirzoev 20 yaş, müğənni

Rauf və Faiq Mirzəyev - əkiz qardaşları MDB ölkələrində duetləri ilə məşhurdur. Qardaşlar İjevskdə azərbaycanlı ailəsində anadan olublar. Onların opera müğənnisi olan babası Bakıda opera teatrının direktoru olub.

Müğənni Bəxtiyar Məmmədov 25 yaş

Əslən azərbaycanlı olan rusdilli reper, müğənni və bəstəkar təkcə Rusiyada, Qazaxıstanda və Azərbaycanda deyil, xaricdə də məşhurdur. O, bu vaxta qədər beş albom çıxarıb.

Hüseyn Həsənov, 25 yaş, bloger

Hüseyn Həsənov Rusiyada anadan olub, amma etnik azərbaycanlıdır. Hüseyn Rusiyada ən populyar blogerlərdən biridir, onun 11 milyondan çox İnstagram izləyicisi var. Bloqu inkişaf etdirməklə yanaşı, Hüseyn həm də restoran işi ilə məşğul olur və geyim markası var.

Zərəngiz Huseynova, 26 yaş, sahibkar

(adsgarden = window.adsgarden || []).push({});