Telefon söhbəti qalmaqalı intensivləşir, Tramp Demokrat konqresmeni istefaya çağırdı FOTO


Dünya 28 Sen 2019 16:09:00 270 0

Telefon söhbəti qalmaqalı intensivləşir, Tramp Demokrat konqresmeni istefaya çağırdı  FOTO

Prezident Donald Trampın Ukrayna Prezident Volodimir Zelenski ilə telefon söhbətindən qaynaqlanan qalmaqal cümə günü Trampın Demokrat qanunvericisinin istefasına çağırması ilə intensivləşib.

Trampın sözlərinə görə, Demokrat konqresmen və Nümayəndələr Palatasında kəşfiyyat komitəsinin sədri Adam Şiff onun telefon söhbətinin stenoqramasını təhrif edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu arada Nümayəndələr Palatasınn Demokrat spikeri Nensi Pelosi Baş prokuror Vilyam Barrı "qanundan kənar" davaranmaqda ittiham edib.

Qalmaqalın mərkəzində Trampın 25 iyulda telefon söhbəti zamanı xarici liderlə siyasi rəqibi və sabiq vitse-prezident Co Baydeni müzakirə etməsi haqda informatorun (whistleblower) təqdim etdiyi şikayət dayanır.

Amerika qanunlarına əsasən, federal hökumətdə baş verən qanunsuzluqları açıqlamaq ixtiyarına malik informatorun kimliyi hələlik bilinmir. Demokratlar həmin informatorun təqdim etdiyi dəlillərin Trampın impiçmentə layiq qanun pozuntunsuna yol verdiyini deyirlər.

"O, guya ki, telefon söhbətinin tam versiyasını oxuyurdur, ancaq sözləri tamamilə dəyişərək ona dəhşətli görüntü verdi və məni günahkar kimi səsləndirdi," deyə Tramp Şiffi ittiham edib.

Daha sonra Adam Şiffin Konqresə uydurma söylədiyini deyən Tramp onu "xəstə adam" adlandırıb və istefa verməyə çağırıb.