Xırdalanda faciə: mühafizəçi avtobusda öldü


Digərləri 28 Sen 2019 14:35:00 240 0

Xırdalanda faciə: mühafizəçi avtobusda öldü

Abşeronda 62 yaşlı kişi marşrut avtobusunda ölüb.

Son.az APA-ya istinadən bildirir ki, ötən gün rayon polis idarəsinə bir nəfərin Xırdalan şəhərində 135 nömrəli avtobusun içində ölməsi ilə bağlı məlumat daxil olub.

Araşdırmalar zamanı məlum olub ki, Ordubad rayon sakini 1952-ci il təvəllüdlü Şəhriyar Qafarov mühafizəçi işlədiyi Xırdalan şəhərində yerləşən "Zirvə" liseyindən evə gedən zaman arxa oturacaqda ürək çatışmamazlığından ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.