Cənubi Koreyada tanker partladı:


Dünya 28 Sen 2019 13:40:00 268 0

Cənubi Koreyada tanker partladı:

Cənubi Koreyanın Ulsan limanında tankerdə partlayış baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər xəsarət alıb.

Hadisə zamanı gəmidə 25 dənizçi olub. Kayman adaları bayrağı altında üzən tankerdə rusiyalı dənizçilər olub.

Bütün dənizçilər təxliyə edilib, xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu deyilir.