Tovuzda yol qəzasında xəsarət alan 7 nəfərdən 5-i evə buraxıldı


Digərləri 28 Sen 2019 13:11:16 264 0

Tovuzda yol qəzasında xəsarət alan 7 nəfərdən 5-i evə buraxıldı

Tovuz rayonunda baş verən yol qəzasında xəsarət alan şəxslərdən 5-i evə buraxılıb.

Bakı. Samir Əli - Tovuz rayonunda baş verən yol qəzasında xəsarət alan şəxslərdən 5-i evə buraxılıb. Trend-in məlumatına görə, hadisə nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onlardan 5-i evə buraxılıb. Yaralanan 7 nəfərdən 6-sı Şəmkir sakinidir. Hadisə nəticəsində xəsarət alan 1989-cu il təvəllüdlü Sadiqova Nuranə Vaqif qızı, 2006-cı il təvəllüdlü Müstafayeva Nərminə Bəhman qızı, 2015-ci il təvəllüdlü Nərimanov Bayram Elşad oğlu, 1963-cü il təvəllüdlü Nərimanova Bəsti Salam qızı və 1977-ci il təvəllüdlü Mustafayevə Aynurə Vidadi qızına ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar. Hadisə nəticəsində ağır xəsarət alan 1984-cü il təvəllüdlü Sadiqov İxtiyar Vidadi oğlu və 1954-cü il təvəllüdlü Tovuz rayon sakini İsgəndərov İsgəndər Fərman oğlu isə xəstəxanada müalicə olunur.