Ağcabədidə evdən qaçmaq istəyən 23 yaşlı qız anasını bıçaqladı


Digərləri 28 Sen 2019 12:01:00 298 0

Ağcabədidə evdən qaçmaq istəyən 23 yaşlı qız anasını bıçaqladı

Ağcabədi rayonunda qız anasını bıçaqlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.

Kənd sakini, 1965-ci il təvəllüdlü Cəfərova Şölə Muxtar qızı qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilib.

Xəsarət alan şəxs əvvəlcə yaşadığı evin həyətində yıxılaraq qarnına "şifer" batdığını bildirib.

Hadisədən bir-neçə saat sonra Ş.Cəfərovanın qızı, 1996-cı il təvəllüdlü Cəfərova Gülşən Valeh qızı könüllü olaraq Ağcabədi Rayon Polis Şöbəsinə gələrək anasını bıçaqladığını etiraf edib.