Qarın ağrısı infarktın əlaməti ola bilər 4 saatdan artıq davam edirsə…


Digərləri 27 Sen 2019 23:57:00 236 0

Qarın ağrısı infarktın əlaməti ola bilər  4 saatdan artıq davam edirsə…

İnfarktın əsas əlamətləri kimi bilinən məşhur sinə ağrıları və döş qəfəsində olan yanmalardır.

Lakin həkimlər infarkt keçirən hər xəstədə bu halların yaşanmayacağını istisna etmir. İnfakt qarın ağrısı ilə də baş verə bilər. Xüsusilə tərləmək, halsızlıq kimi şikayətlər eyni zamanda baş verirsə və gəzərkən qarın ağrısı artırsa, bu infaktın əlamətləri ola bilər. Ağrılar 4 saatdan çox olursa diqqətli olmaq lazımdır.

Son.az medicina.az-a istinadən bildirir ki, qarının fərqli yerlərində ağrılar, mədə-bağrsaq pozulmaları, böyrək daşı, qadınlarda və kişilərdə cinsiyyət orqanlarının xəstəliklərindən də ola bilər. Lakin ağciyər iltihabları və infaktın ola biləcəyini də unutmaq olmaz.  

Ürək xəstələrinin 10%-i qarın ağrısından şikayətlənərək, həkimə müraciət edən insanlardır. Buna görə də qarın ağrısına ötəri yanaşmaq olmaz. Əgər ağrılarınız 4 saatdan çox davam edirsə və daha da şiddətlənirsə qətiyyən  ağrıkəsici dərmandan istifadə etməyin.

(adsgarden = window.adsgarden || []).push({});