Qrip və viruslara qarşı ən təsirli mürəbbə elan edildi SƏBƏB


Digərləri 27 Sen 2019 23:27:00 329 0

Qrip və viruslara qarşı ən təsirli mürəbbə elan edildi  SƏBƏB

Qrip və zökəm, qızdırma zamanı insanlar xalq təbabəti metodlarına da üz tutub, daha çox mürəbbə və çaylardan istifadə edir. Bizdə elə hesab edilir ki, soyuqdəymənin dərmanı zoğal mürəbbəsidir. Amma araşdırmalar məhz qrip viruslarına  qarşı ən effektiv mürəbbənin və ya meyvənin moruq olduğunu təyin edib.

Son.az medicina.az-a istinadən bildirir ki, həkimlər bunun sirrini moruğun kimyəvi tərkibinin C, A, E, B, PP vitaminləri, salisil turşusu, pektinlə zəngin olması ilə izah edir.

Moruğun tərkibində olan təsiredici maddə bütün qrip dərmanlarının tərkibində var. Moruq tərləməni sürətləndirir və hərarəti salır. 

Yığıcı, büzücü maddələr isə mikrob əleyhinə təsir edir. 

C vitamini immuniteti gücləndirir, xəstə qısa müddətdə gücünü bərpa edir.

(adsgarden = window.adsgarden || []).push({});