İki maşın toqquşdu, yaralılar var


Digərləri 27 Sen 2019 22:15:00 269 0

İki maşın toqquşdu, yaralılar var

Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində sürücülər - Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Məhərrəmov Fariz və onun həmyaşıdı Budaqov Hicran xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.