13 min gənc itkin düşdü


Dünya 27 Sen 2019 19:59:00 229 0

13 min gənc itkin düşdü

Hindistanın nəzarətindəki Cammu Kəşmirdə bölgənin xüsusi statusunun ləğv edildiyi 5 avqust tarixindən bəri 13 min gənc oğlan itkin düşüb.

Son.az xəbər verir ki, bu barədə Hindistan Müsləman Qadınlar Forumu araşdırma aparıb.

Milli Hindistan Qadınları Federasiyası və Mütərəqqi Qadınlar Təşkilatının dəstək verdiyi araşdırmada itkin düşənlərin ailələri ilə əlaqə yaradılıb. Ailələrin verdiyi məlumata görə, hind əsgərləri gəncləri girov götürür və yalnız 20-60 min hind rupisi qarşılığında sərbəst buraxırlar.

Hindistan Müsləman Qadınlar Forumu Syeda Həmidin sözlərinə görə, Cəmmu Kəşmirdə axşam namazından sonra işıqlar söndürülür, küçəyə çıxmaq qadağasını pozanların evlərinə basqın edilir və bütün kişilər polis tərəfindən saxlanılır. İnsanlar əsgərlərin gəldiyindən xəbərdar olmaq üçün həyətdə it saxlayırlar.

Gənc qızlar təcavüzə məruz qalır, saxlanılan kişilərin yaşı isə 10-a qədər enib. Həbs edilən uşaqların sonrakı taleyi haqqında heç bir məlumat ala bilməyən ailələr isə artıq üsyan etmək səviyyəsinə gəlib çatıb.

(adsgarden = window.adsgarden || []).push({});