“Bir az düzgün şəkil deyildi axı...”


Digərləri 27 Sen 2019 20:59:00 317 0

“Bir az düzgün şəkil deyildi axı...”

Sosial şəbəkələrdə Bakıda gender bərabərliyinə aid art-festival çərçivəsində çəkilmiş qraffiti ətrafında müzakirələr gedir. Məsələ budur ki, həmin qraffitinin originalının üzəri mavi boya ilə silinib.

Sentyabrın 18-də yarıdağınıq kombinatın divarlarında "Qadın olmaq" şüarı ilə avanqard üslubda işləyən rəssamlar tərəfindən cəsarətli qrafittilər çəkilib. Festivaldan sonra isə yarıçılpaq qadın bədəninin əks olunduğu rəsm yarıya kimi boyanıb. İnsanlar bunu sənətə və sənətkara qarşı hörmətsizlik adlandırıblar. 

Son.az xəbər verir ki, qafqazinfo əməkdaşı kombinatda olub. Ərazidə müxtəlif sexlər fəaliyyət göstərsə də, yaxınlaşdığımız şəxslərin az qala, hamısı işə bu gün başladığını və rəsmin nə vaxt boyanması ilə bağlı hər hansı bir fikrə sahib olmadığını bildirdi. Onlar eyni zamanda qraffitinin kim və ya kimlər tərəfindən bu vəziyyətə salındığını bilmədiklərini dilə gətiriblər. 

Ərazidə işləyən, adının açıqlanmasını istəməyən orta yaşlı kişi ilə söhbətimizdə o, bildirir ki, qraffitini ərsəyə gətirən gənclər sübhdən gecəyə qədər çalışıblar. Sözügedən şəxsdən həm də bu cümləni eşidirik: "Amma həmin şəkil bir az düzgün şəkil deyildi axı..." 

Festival çərçivəsində Azərbaycanın tanınmış qrafitti ustaları Azər Məmmədli, Emil Məcnunov, İrina Eldarova, Aygün Həsənova ilə yanaşı, Onno Kervers (Hollandiya), Carolina Falkholt (İsveç), Salomea Bauer (Gürcüstan) kimi xarici rəssamlar da yer alıb. Silinmiş qraffiti elə İsveç qonaq Carolina Falkholta məxsusdur.

(adsgarden = window.adsgarden || []).push({});