Dünyanın ən nüfuzlu qadını kimdir? "Fortune" jurnalının versiyası


Digərləri 27 Sen 2019 18:59:00 256 0

Dünyanın ən nüfuzlu qadını kimdir?   "Fortune" jurnalının versiyası

"Santander" bankının rəhbəri, ispaniyalı Ana Botin "Fortune" jurnalının versiyası üzrə dünyada ən nüfuzlu qadın hesab edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, keçən il Ana Botin bu reytinqdə ikinci yeri tuturdu.

Ana Botinin bu uğurunu onunla əlaqələndirirlər ki, "Santander" bankı Latın Amerikası ölkələrində, xüsusən Meksika və Braziliyada çox populyardır.

İkinci yeri Britaniyanın "GlaxoSmithKline" əczaçılıq nəhənginin rəhbəri Emma Uolmsli, üçüncü yeri isə "Gree Electric Appliances" şirkətinin sədri və prezidenti çinli Donq Minqju tutub.

(adsgarden = window.adsgarden || []).push({});