İNTİHAR STATUSU yazan qız


Dünya 27 Sen 2019 17:52:00 274 0

İNTİHAR STATUSU yazan qız

İstanbulun Kadıköy ərazisində gənc bir qadının sosial şəbəkə hesabından intihar edəcəyi xəbərdarlığını alan polis əməkdaşları göstərilən ünvana gələrək qapını qırıblar.

Son.az DHA-ya istinadən xəbər verir ki, içəri girən bir polis, 27 yaşlı Derya Y.-ni qaz borusundan asılı vəziyyətdə görüb. Dərhal onun boynundan kəndiri çıxaran polis ürək masajı edərək Dəryanın həyatını xilas edib.

Özünə qəsd etmək istəyən qız hadisə yerinə çağırılan təcili yardımla xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu deyilir.

Dəryanın rəfiqəsi Suat Yaşar "Rəfiqələrimizlə birgə Whatsapp-da statusunda gördük. Ondan sonra qapılarına getdik, qapını aça bilmədik. Polislərə xəbər verdik. Polislər gəldi, sağ olsunlar, qapını qıraraq içəri girdilər. Hazırda reanimasiyadadır İnşallah yaxşı olar" deyib.