Bələdiyyə sədrindən insanlıq dərsi


Digərləri 27 Sen 2019 16:09:00 258 0

Bələdiyyə sədrindən insanlıq dərsi

Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonu bələdiyyə sədri Rza Akpolad maraqlı hərəkəti ilə gündəmə gəlib.

Son.az ölkə.az-a istinadən bildirir ki, o, fiziki məhdudiyyətli şəxslərin araba ilə küçədə hərəkəti zamanı qarşılarına çıxan problemləri müəyyənləşdirmək üçün özü də arabada yola çıxıb.

Küçələri əlil arabasında gəzən bələdiyyə sədri təsbit edilən problemlərin həlli üçün müvafiq tapşırıqlar verib.

R.Akbolat "Beşiktaş əngəlləri aşır" adlkı bu layihənin fiziki məhdudiyyətli insanların hisslərini anlamaq və cəmiyyətdə məsuliyyəti artırmaq üçün həyata keçirildiyini bildirib.

(adsgarden = window.adsgarden || []).push({});