Bağçalarda uşaqlar necə qidalanır?


Digərləri 27 Sen 2019 15:39:00 252 0

Bağçalarda uşaqlar necə qidalanır?

Uşaq bağçası valideynlərin övladlarını etibar etdiyi təhsil ocağı olmaqla yanaşı, onların sağlamlığının da keşiyində duran müəssisədir. Aldıqları təhsil savadlı gənc kimi yetişmələrini təmin etdiyi kimi, qidalanmaları da sağlam böyümələri üçün olduqca vacibdir.

Uşaq: "Bizə gündə üç dəfə yemək verirlər, yeməklər çox dadlıdır, xoşumuza gəlir".

Məktəbəqədər təhsil müəssisələrində olan uşaqlar üçün dövlət standartlarında 3 dəfəlik yemək və gücləndirilmiş nahar nəzərdə tutulur. Sadəcə müxtəlif yaşlı uşaqlar üçün tövsiyə edilən yeməklərin həcmi bir qədər artırıla bilər.

Şəfa Əmirxanova - Bağça müdiri: "Sifarişimizi bir ay öncədən veririk və ərzağı qəbul edirik. Quru ərzaq nümunələri ayda iki dəfə, süd, çörək kimi məhsullar gündəlik tələbə görə, ət və ət məhsulları isə həftədə bir dəfə qəbul edilir".  

Uşaqların qidalanması zamanı qənaətbəxş olmayan ərzaq məhsulları olarsa, yalnız çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yeməklərin paylanmasına icazə verilir.

Mətanət Məhərrəmova - Bağça müdiri: "Yeməklərimiz vaxtında bişirilir, verdiyimiz yeməkdə köhnəlmə olmur. Qalıq yemək olmur bizdə. Qalıq yeməkləri atırıq, uşaqlara heç vaxt verilmir".

Özəl bağçaların ərzaq təminatı isə rəhbərlik tərəfindən bazar və mağazalar vasitəsilə həyata keçirilir.

(adsgarden = window.adsgarden || []).push({});