Son sutka ərzində İstanbulda 200dək yeraltı təkan qeydə alınıb


Dünya 27 Sen 2019 15:29:00 253 0

Son sutka ərzində İstanbulda 200dək yeraltı təkan qeydə alınıb

"Son sutka ərzində İstanbulda 200-dək yeraltı təkan qeydə alınıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

Onun sözlərinə görə, ötən gün baş vermiş zəlzələ nəticəsində 473 binaya ziyan dəyib.

Bundan başqa, F.Oktay 34 nəfərin xəsarət aldığını bildirib.

Qeyd edək ki, ötən gün İstanbulda 5,8 bal gücündə zəlzələ olub. Zəlzələ yerin 5 kilometr dərinliyində qeydə alınıb.