AFFA-nın əməkdaşı beynəlxalq təyinat alıb


Digərləri 27 Sen 2019 15:25:00 322 0

AFFA-nın əməkdaşı beynəlxalq təyinat alıb

A milli komandanın meneceri və AFFA-nın futzal üzrə əlaqələndiricisi Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

Bakı. A milli komandanın meneceri və AFFA-nın futzal üzrə əlaqələndiricisi Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb. Trend AFFA-ya istinadla xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Bosniya və Herseqovina–Almaniya oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq. Oyun oktyabrın 15-də Zenicadakı “Bilino polie” stadionunda keçiriləcək.