İmamzadə ziyarətgahından gül qabı oğurlayan şəxs saxlanılıb


Digərləri 27 Sen 2019 14:40:00 205 0

İmamzadə ziyarətgahından gül qabı oğurlayan şəxs saxlanılıb

İmamzadə ziyarətgahından gül qabı oğurlayan şəxs saxlanılıb

Bakı. İmamzadə ziyarətgahından gül qabı oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 16-da Gəncə şəhəri ərazisindəki İmamzadə ziyarətgahındakı bir qəbrin üzərindən alüminiumdan hazırlanmış gül qabını oğurlamaqda şübhəli bilinən şəhər sakini B.Pənahov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.