Bu il Azərbaycan bankları tərəfindən biznes strukturlarının kreditləşməsinə nə qədər vəsait ayrılıb?


Digərləri 27 Sen 2019 14:07:00 273 0

Bu il Azərbaycan bankları tərəfindən biznes strukturlarının kreditləşməsinə nə qədər vəsait ayrılıb?

"2019-cu ilin yeddi ayı ərzində Azərbaycan bankları tərəfindən biznes strukturlarının kreditləşməsi həcmi 2,6 milyard manat təşkil edib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə heyəti sədrinin vəzifələrini icra edən İbrahim Alışov Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunda deyib.

O bildirib ki, Azərbaycanda bank sektoru tədricən bərpa olunur və bunu biznes strukturlarına təqdim edilən kreditlərin həcmi təsdiq edir:

"Bu ilin ilk yeddi ayı ərzində banklar tərəfindən biznes strukturlarına 2,6 milyard manat kredit təqdim edilibsə, ötən il ərzində bu göstərici 4,3 milyard manata bərabər olub".