Fransa səfirliyində bayraqlar endirilib, xatirə kitabı açılacaq


Dünya 27 Sen 2019 12:51:00 221 0

Fransa səfirliyində bayraqlar endirilib, xatirə kitabı açılacaq

Fransanın sabiq Prezideti Jak Şirakın vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirilib.

Son.az xəbər verir ki, bu barədə APA-ya Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Matəmlə əlaqədar bu gun səfirlikdə xatirə kitabı da açılacaq.

Qeyd edək ki, Fransanın sabiq Prezidenti Jak Şirak dünən 86 yaşında vəfat edib.