Azərbaycan “Doing Business 2020” reytinqində ilk iyirmiliyə daxil olub


Digərləri 27 Sen 2019 13:16:28 215 0

Azərbaycan “Doing Business 2020” reytinqində ilk iyirmiliyə daxil olub

Azərbaycan “Doing Business 2020” reytinqində islahatçı ölkələr arasında ilk iyirmilikdə yer alıb

Bakı. Nərgiz Sadıqova - Azərbaycan “Doing Business 2020” reytinqində islahatçı ölkələr arasında ilk iyirmilikdə yer alıb. Trend bu barədə Dünya Bankına (DB) istinadən məlumat verir. DB ekspertlərinin fikrincə, Azərbaycanda 4 sahədə bizneslə məşğul olmaq daha da asanlaşıb: daşınmaz əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların müdafiəsi, müqavilə intizamı: “Daşınmaz əmlakın qeydiyyatı prosesi rəsmi xəritənin tərtib olunması və Bakıda hər bir özəl torpaq sahəsinin qeydiyyatı, mövcud sənədləşmənin təkmilləşməsi və daşınmaz əmlak sahəsində prosedurların sürətləndirilməsi nəticəsində sürətlənib. Minoritar investorların müdafiəsi tərəflər arasında bağlanmış əlverişsiz sazişlərə görə məsuliyyətin direktorların üzərinə qoyulmasından sonra möhkəmlənib”.