Varlılar uşaqlarına bu adları qoyur


Digərləri 27 Sen 2019 12:59:00 318 2

Varlılar uşaqlarına bu adları qoyur

Elit uşaq geyimləri mağazası "HushHush" uşağa uğur gətirə biləcək adların siyahısını tərtib edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, siyahıya milyarderlər arasında ən çox rast gəlinən 10 qadın və 10 kişi adı daxildir. Siyahı tərtib etmək üçün onlar mağazada qeydiyyatda olan müştərilərin adlarını və İngiltərənin "Sunday Times" qəzetinin hazırladığı min ən varlı insan haqqında məqalədən istifadə ediblər.

Belə ki, uğur gətirəcək ən məşhur oğlanların adları John, David, Tom, Wong, Bill, Charles, Michael, Robert, Mohammed and Jim hesab olunur.

Milyarder qadınlar arasında isə Məryəm, Judit, Sofiya, Anna, Viktoriya, Elizabet, Abigail, Kim, Mackenzie və Kirsten adlarına çox rast gəlinir.

(adsgarden = window.adsgarden || []).push({});