İranda da zəlzələ olub


Dünya 27 Sen 2019 12:44:00 193 0

İranda da zəlzələ olub

İranın Kirmanşah əyalətində 4 bal gücündə zəlzələ baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında baş verən zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib. Zəlzələ Kirmanşah əyalətinin Tazeabad və Cavanrud bölgələrində hiss edilib. 

Hələlik zəlzələ nəticəsində itki və dağıntıların olub-olmadığı barəda açıqlama verilməyib.