Xəstə qadın ərinin pintiliyindən öldü


Dünya 27 Sen 2019 12:49:00 248 0

Xəstə qadın ərinin pintiliyindən öldü

67 yaşlı ingilis Riçard Uollax xərçəng xəstəliyinə tutulmuş həyat yoldaşını dəhşətli vəziyyətdə saxlayaraq, ölümünə səbəb olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Liverpool Echo" məlumat yayıb.

Uollax həyat yoldaşı ilə Liverpulda yaşayıb. 2017-ci ildə o, yerli xəstəxanalardan birinə gələrək həyat yoldaşının özünü pis hiss elədiyini və yıxıldığını bildirib. O, evlərində telefon olmadığı üçün təcili yardıma zəng edə bilmədiyini söyləyib.

Evə gələn həkimlər xəstənin vəziyyətini görüb, dəhşətə gəliblər. Həkimlərin sözlərinə görə, bu, onların indiyə qədər gördüyü ən pis vəziyyətdir.

61 yaşlı Valeri Uollax zibillə dolu otaqda oturub. Həkimlər qeyd edib ki, qadının bədənində yaralar olub və sürfələr tapılıb. Xəstənin bədəni nəcis və sidiyə batıb, dərisi isə soyulub tökülüb.

Qadın dərhal xəstəxanaya yerləşdirilib, ancaq 19 gündən sonra ölüb. Ölüm səbəbi bədəndəki yaralardan inkişaf edən sepsis olub. Uollax süd vəzi xərçəngindən əziyyət çəkib, amma bu onun ölümünə səbəb olmayıb. Qadına, sadəcə, qayğı lazım olub.

(adsgarden = window.adsgarden || []).push({});