Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların həyat tərzi


Digərləri 27 Sen 2019 11:19:00 273 0

Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların həyat tərzi

AMEA-nın Zoologiya İnstitutuna "Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların səmərəli qorunması üçün müasir təbiəti mühafizə avadanlıqlarından (GPS xaltalar) istifadə olunması" mövzusunda əsərə görə Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik şəhadətnaməsi verilib.

Akademiyadan Trend-ə verilən məlumata görə, institutun əməkdaşları tərəfindən quşları öyrənmək və yerlərini dəqiq müəyyən etmək üçün onların lələkləri arasına (boynuna və ya kürəyinə) hər bir quşun ölçüsünə uyğun kiçik GPS xaltaların yerləşdirilməsi təklif olunur.

Beləliklə, müasir texnologiyalardan istifadə etməklə Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların biologiyasını, həyat tərzini öyrənmək, biomüxtəlifliyin mühafizəsini təmin etmək və tədbirlər planı hazırlamaq mümkün olacaq.