Məqsəd Azərbaycanı regional və qlobal turizm mərkəzi kimi tanıtmaq, daha çox turistin gəlməsinə nail olmaqdır - Dövlət Turizm Agentliyi


Digərləri 27 Sen 2019 10:18:00 214 0

Məqsəd Azərbaycanı regional və qlobal turizm mərkəzi kimi tanıtmaq, daha çox turistin gəlməsinə nail olmaqdır - Dövlət Turizm Agentliyi

Turizmin inkişafı hamı üçün daha yaxşı, daha proqressiv gələcək deməkdir

Bakı. İlhamə İsabalayeva - Dövlət Turizm Agentliyi olaraq əsas vəzifəmiz turizm potensialımızı təbliğ etməklə, yeni turizm məhsulları yaratmaqla, mövcud imkanlardan maksimum səmərəli istifadə etməklə ölkəmizi regional və qlobal turizm mərkəzi kimi tanıtmaq, Azərbaycana daha çox turistin gəlməsinə nail olmaqdır. Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 27 sentyabr - Ümumdünya Turizm Günü münasibətilə ünvanladığı təbrik müraciətində deyib. Onun sözlərinə görə, bu vəzifələrin icrasında əsas məqsədimiz isə iqtisadiyyatın inkişafına, məşğulluq səviyyəsinin artmasına, insanlarımızın rifah halının yaxşılaşmasına töhfə verməkdir. F.Nağıyev əlavə edib ki, 2016-cı ildən etibarən ölkəmizdə “Turizm işçiləri günü” kimi də qeyd olunan bu tarix həm də turizm sahəsində çalışanların peşə bayramıdır: