İlk ərəb astronavt üçün namaz və orucla bağlı müəmmalar yaranıb


Digərləri 27 Sen 2019 02:30:00 346 0

İlk ərəb astronavt üçün namaz və orucla bağlı müəmmalar yaranıb

Sentyabrın 25-də Qazaxıstandakı Baykonur kosmodromundan kosmosa göndərilən və göyərtəsində ilk ərəb astronavtın da olduğu "Soyuz-15" gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) birləşib. Son.az AZƏRTAC-a istinadən bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ilk astronavtı Həzaa əl-Mənsuri üçün BKS-də namaz və oruc vaxtları müəyyən edilib.

Qəzetin xəbərində qeyd olunub ki, BƏƏ-nin İslam Məsələləri və Xeyriyyəçilik Departamenti BKS-də müsəlman astronavtların ibadət və oruc vaxtlarının da daxil olduğu davranış kitabını da məhdud tirajla nəşr etdirib. Məsələ ondadır ki, Yerdən təxminən 350 kilometr yüksəklikdə yerləşən kosmik stansiya orbit üzrə saatda 27700 kilometr sürətlə hərəkət edir və bizim planetin ətrafında sutkada 15,5 dövrə vurur. Bu səbəbdən astronavtlar 24 saat ərzində Günəşin 16 doğuşu və qürubunun şahidi olurlar. Ümumilikdə, Yer meyarı ilə günəşin doğuşu və qürubu arasındakı bir gün BSK-nin bir dövrəsinin başa çatdığı 92 dəqiqəyə bərabərdir.

Lakin ərəb astronavt çox maraqlı bir problemlə üzləşib: bütün bu meyarların fonunda hər 1,5 saatdan bir və müsəlman şəxsin gündə beş dəfə ibadət etdiyini nəzərə alsaq, onda əl-Mənsuri 24 saat ərzində 80 dəfə namaz qılmalıdır. Digər mühüm məsələ isə qiblənin müəyyən edilməsidir. BKS-nin daim hərəkətdə olduğu nəzərə alınarsa, Kəbənin istiqamətini müəyyən etmək mümkün deyil. Oruca gəldikdə isə, burada da kosmik zamanla ayaqlaşmaq tamamilə imkansızdır. Belə ki, kosmosda BKS-nin hərəkət sürəti zamanı gecə ilə gündüz tez-tez bir-birini əvəz edir.

"Khaleej Times" öyrənib ki, astronavtlara özləri ilə 680 qram şəxsi əşya götürməyə icazə verilib. BƏƏ astronavt özü ilə müqəddəs Quran, dövlət bayrağı və səhrada bitən qaf ağacının 30 ədəd toxumunu, ailə fotoşəkillərini, ölkənin ilk Prezidentinin portretini və Dubay Əmirinin kitabını götürüb.

(adsgarden = window.adsgarden || []).push({});