Bu əşyalara toxunduqdan sonra əllərinizi mütləq yuyun


Digərləri 26 Sen 2019 23:35:00 384 0

Bu əşyalara toxunduqdan sonra əllərinizi mütləq yuyun

Ayaqyoluna getdikdən sonra və yeməkdən əvvəl əllərimizi yumaq adət halını alıb. Artıq uşaqlarda bilir ki, bu vacib bir gigiyena qaydasıdır. Lakin gün ərzində toxunduğumuz bəzi əşylarda olan bakteriyaların çoxluğu barədə məlumatsızıq.

Son.az medicina.az-a istinadən toxunduqdan sonra əllərinizi yumağın vacib olduğu əşyaların siyahısını təqdim edir:

Tutacaqlar Metroda, taksidə, avtobusda və s. tutacaqları gün ərzində bir dəfə dezinfeksiya edirlər. Amma düşünmək lazımdır ki, həmin tutacaqlara sadəcə 15 dəqiqə ərzində neçə nəfər toxunur.

Pul Gün ərzində kağız və dəmir pullardan istifadə edirik. Buna baxmayaraq, bakteriyaların məskəni olan pula toxunduqdan sonra nadir hallarda əlimizi yuyuruq.

Heyvanlar Pişik və itlər infeksiyanın yayılması üçün potensial təhlükə mənbəyidir. Mütəxəssislər hətta ev heyvanları ilə oynadıqdan sonra belə əllərinizi yumağı məsləhət görür.

(adsgarden = window.adsgarden || []).push({});