Azərbaycan nefti ucuzlaşır


Digərləri 26 Sen 2019 23:12:00 289 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 25-də 65,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,77 dollar/barel azdır.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,78 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,54 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 62,29 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,74 dollar/barel azdır.