Şəkərdən imtina etmək


Digərləri 26 Sen 2019 23:05:00 263 0

Şəkərdən imtina etmək

Şirniyyatların və şəkərin həddindən artıq qəbulu sağlamlıq üçün çox zərərlidir.

Mütəxəssislər şirniyyatların qəbulunu minimuma çatdırmağı tövsiyə edirlər. Bu zaman daha faydalı şirniyyatlara üstünlük vermək lazımdır: tünd şokolad, bal, meyvə quruları, halva, təbii zefir və marmelad. Lakin bu şirniyyatlardan da istifadə də ifrata varmaq olmaz. Şirniyyatlardan imtina edən insanın orqanizmində bir çox müsbət dəyişikliklər baş verir.

Son.az medicina.az-a istinadən bu dəyişikləri təqdim edir:

1. Şəkər immun sisteminin zəiflədir. Bu səbəbdən şirniyyatlardan imtina etməklə siz immun sisteminizin fəaliyyətini yaxşılaşdıra bilərsiniz.

2. Şəkər və şirniyyatların çoxlu miqdarda qəbulu artıq çəki və piylənmənin əsas səbəbidir. Beləliklə, çəkinizi normaya salmaq istəyirsinizsə, ilk növbədə tərkibində şəkər olan məhsullardan imtina edin.

3. Şəkərın çoxlu miqdarda istehlakı beyinin fəaliyyətini pozur, diqqəti azaldır, tədris prosesinə mənfi təsir edir. Şəkərin qəbulunu azaltmaqla siz elm və tədrisdə daha böyük nailiyyətlər qazana bilərsiniz.

4. Şəkərdən sui-istifadə hüceyrələrin insulinə olan rezistentliyini (həssaslığını) azaldır ki, bu da gələcəkdə şəkərli diabetin inkişafına şərait yaradır. Beləliklə, şəkərdən imtina etməklə diabetin riskini azaltmaq mümkündür.

(adsgarden = window.adsgarden || []).push({});