Azərbaycan nefti ucuzlaşır


Digərləri 26 Sen 2019 23:01:06 281 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 25-də 65,11 dollar/barel təşkil edib

Bakı. Kəmalə Məmmədli - CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 25-də 65,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,77 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,78 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,54 dollar/barel azdır.