Sumqayıtda 4 ay əvvəl döyülən gənc fermada öldü


Digərləri 26 Sen 2019 21:59:12 272 0

Sumqayıtda 4 ay əvvəl döyülən gənc fermada öldü

Sumqayıtda 4 ay əvvəl döyülən gənc evində ölüb.

Bakı. Samir Əli - Sumqayıtda 4 ay əvvəl döyülən gənc evində ölüb. Trend-in məlumatına görə, hadisə Sumqayıt şəhəri "Tuqzavod" adlanan ərazidə baş verib. Orada yaşayan Quliyev Natiq Əliyusif oğlu bu il may ayının 15-də qonşuluqda yerləşən fermadakı tikilidə yaşayan Bağırov Akif Səfər oğlunu xüsusi amansızlıqla döyüb. A.Bağırov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Bir müddət müalicədən sonra evə buraxılan A.Bağırov yaşadığı fermadakı tikilidə dünyasını dəyişib.