Osteoperoz və ya sümüklərin əriməsi –


Digərləri 26 Sen 2019 21:25:00 287 0

Osteoperoz və ya sümüklərin əriməsi –

Sağlam qidalanma sümük əriməsinin qarşısını almağa və bu problemlə mübarizəyə kömək edə bilər. Osteoporoz sümüklərin zəif və kövrək olmasına səbəb olur. Osteoporozla əlaqəli sınıqlar ən çox omba, bilək və ya beldə olur.

Simptomlar

Tipik olaraq, sümük rezorbsiyasının ilk mərhələsində simptomlar olmur. Bununla birlikdə, sümükləriniz osteoporozla zəiflədikdə bu simptomlar görülə bilər:   - Sınıq və zədələnmə nəticəsində yaranan bel ağrısı - Zamanla boyun kiçilməsi - Duruşda əyilmələr - Sümüklərin tez qırılması

Hər hansı bir canlı toxuma kimi, sümüklər də qida maddələrinə ehtiyac duyur. Yaxşı qidalanma həm osteoporozun idarə olunmasında, həm də qarşısının alınmasında əsas komponentdir.

Sümük sağlamlığı üçün bir pəhriz varmı?

Güclü sümüklər üçün yaxşı qidalanmağa ehtiyac var. Aşağıda qeyd etdiyimiz 5 qidalanma üsulu sümüklərinizin inkişafına kömək edəcəkdir.  

1. Daha çox tərəvəz, meyvə və taxıl bitkilərindən bol-bol yeyin

Son.az medicina.az-a istinadən bildirir ki, araşdırmalar daha çox tərəvəz və meyvə yemək sümük sağlamlığını yaxşılaşdırdığını göstərir. Tərəvəz və meyvələrin qida dəyəri xüsusilə kalori və yağ baxımından zəifdir, lakin lif, vitamin və minerallarla zəngindir. Onların tərkibində osteoporoz da daxil olmaqla müxtəlif xəstəliklərdən qorunmağa kömək edən fitokimyəvi maddələr var. Hər gün dörd və ya daha çox tərəvəz və üç porsiya meyvə yeyin. Meyvə və tərəvəz maqnezium, kalium və C, K və A vitaminlərinin mənbəyidir. Sümük sağlamlığının qorunmasında böyük rol oynayırlar. Bundan əlavə gündə 4 porsiya taxıl bitkilərindən hazırlanmış qidalardan yeyin. Mümkünsə,  təbii halda, dərmansız yetişdirildiyinə əmin olduğunuz dənli bitkilərdən seçin. Çünki dərmanla yetişdirilmiş taxılların təbii halda yetişdirilən taxıllara nisbətdə qida, lif və maqnezium dəyəri aşağı olur.  

2. Protein və yağlı qidalar yeyin

Zülal sümük sağlamlığı üçün vacibdir. Çünki sümük toxumasının vacib bir hissəsidir və sümüyün qorunmasında xüsusi rol oynayır. Lobya, qoz-fındıq, toyuğun döş əti, balıq, yumurta və piysiz ət kimi qidaların zülal dəyəri yüksəkdir. Bitki zülalları sümüyü qorumağa kömək edən bitki birləşmələri ilə zəngindir. Süd və düz qatıq kimi süd məhsulları da həmçinin bol protein mənbəyidir və sümük sağlamlığına fayda verən kalsiumu da təmin edir. Zülal gün ərzində qəbul etdiyimiz ümumi kalorinin 25-35 faizini təşkil etməlidir. Bədəninizin düzgün işləməsi üçün qidalanmamızda bir az yağdan da istifadə etmək lazımdır. Ən yaxşı seçim isə zeytun yağıdır. Axar su hövzələrindən tutulmuş balıqlar omeqa-3 yağ turşularını təmin edir. Lakin, bu yağlar özü də məhdud miqdarda qəbul edilməlidir.  

(adsgarden = window.adsgarden || []).push({});