İrandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlandı


Digərləri 26 Sen 2019 16:19:00 242 0

İrandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlandı

Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının özü ilə gətirdiyi əl yükləri piyada keçid xəttindəki rentgen yoxlama qurğusundan keçirilən zaman şübhəli cizgilər müşahidə olunub.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş əl yüklərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı müxtəlif şüşə qab-qacaq olan 5 qutunun içərisində gömrük nəzarətindən gizlədilən, üzərində "Manchester" yazılan 6400 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.