Sumqayıtda zəncirvari qəza:


Digərləri 26 Sen 2019 14:24:00 296 0

Sumqayıtda zəncirvari qəza:

Sumqayıtda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Sumqayıtın Babək küçəsində bir neçə avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobillərin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Xəstəxanaya çatdırılanlardan biri Sumqayıt sakini, digərləri isə Bakı sakinləridir.

Onlar, 1971-ci təvəllüdlü İmanov Mehman Şükür oğlu döş qəfəsinin küt travması, 1970-ci il təvəllüdlü Qarayeva Pərvanə Rafiq qızı döş qəfəsinin küt travması və 2001-ci il təvəllüdlü Musayeva Aişə Şəadət qızı burundan sınıq xəsarətləri alıblar.

Həkimlərin ilkin tibbi yardımından sonra M.İmanov və P.Qarayeva ambulator müalicəyə yola salınıblar, A.Musayeva isə travma xəstəxananın travma şöbəsində müalicəsini davam etdirir.