Hindistan Texniki və İqtisadi Əməkdaşlıq günü Bakıda qeyd olundu (FOTO)


Digərləri 26 Sen 2019 11:40:00 238 0

Hindistan Texniki və İqtisadi Əməkdaşlıq günü Bakıda qeyd olundu (FOTO)

Azərbaycan-Hindistan əlaqələrinin dərin tarixi kökləri və xoş ənənələri mövcuddur.

Bakı. Sentyabrın 25-də Bakıda Hindistan Evində keçirilən İTEC günü tədbirinin fəxri qonağı olan Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Zati-aliləri Rauf Hacıyev qeyd edib ki, Azərbaycan-Hindistan əlaqələrinin dərin tarixi kökləri və xoş ənənələri mövcuddur. Tədbirdə həmçinin, deputat Zati-aliləri Səməd Seyidov və Naqif Həmzəyəv də iştirak edirdi. İTEC günü hər il proqram məzunları ilə əlaqənin davam etdirilməsi məqsədilə bütün dünya ölkələrində Hindistan səfirlikləri tərəfindən qeyd olunur. İTEC məzunları, Azərbaycan dövlət qurumlarından nümayəndələr və Hindistan icmasının üzvlərindən ibarət 130-dan çox qonağın iştirak etdiyi tədbirdə çıxış edən Hacıyev əlavə edib ki, Azərbaycan Hindistanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə çalışır. O həmçinin, iki ölkə arasındakı ikitərəfli ticarət və investisiyasının həcmi üçün potensialın mövcudluğunu və iki ölkə arasında ticarətin artırılması ehtiyacını vurğuladı. Hindistan səfiri B.Vanlalvavna İTEC proqramı çərçivəsində müxtəlif sahələr üzrə Hindistan Hökümətinin öz inkişaf təcrübəsini və bacarıqlarını keçən 55 il ərzində Azərbaycan da daxil olmaqla tərəfdaş ölkələrlə paylaşdığını bildirdi. Təlim kursları kənd təsərrüfatı, bank, maliyyə, mühasibatlıq və audit, təhsil, İT, mühəndislik və texnologiya, İngilis dili, ətraf mühit və iqlim dəyişikliyi, insan resurslarının inkişafı da daxil olmaqla müxtəlif geniş mövzuları əhatə edir. İTEC məzunları təlim proqramlarına dair təcrübələrini bölüşərək proqam ərzində qazandıqları biliyi öz iş sahələrində tətbiq etdiklərini vurğuladılar. İTEC proqramı çərçivəsində Hindistan Hökuməti ölkənin ən yüksək səviyyəli müəssisələrində bütün xərclərin qarşılandığı təqaüd proqramı ilə təmin edir. Təqaüdə beynəlxalq səyahət, kurs xərcləri, yaşayış, kitablar və Hindistanda tibbi xərcləri və digər xərclər daxildir. Hazırda hər il 300-ə yaxın təlim kursları təşkil edən 70 müəssisə var və bu kurslarda iştirak etmək məqsədilə dünyanın 160 ölkəsindən Hindistana təxminən 12000 tələbə gəlir.