Bakıda daha 2 Nəqliyyat Mübadilə Mərkəzi yaradılacaq


Digərləri 26 Sen 2019 11:39:45 237 0

Bakıda daha 2 Nəqliyyat Mübadilə Mərkəzi yaradılacaq

Gələcəkdə metronun "Nəriman Nərimanov" stansiyası, "Gənclik" stansiyası - Tofiq Bəhramov adına Respublika Stadionu ətrafında daha iki Nəqliyyat Mübadilə mərkəzlərinin yaradılması nəzərdə tutulub.

Bakı. Samir Əli - Gələcəkdə metronun "Nəriman Nərimanov" stansiyası, "Gənclik" stansiyası - Tofiq Bəhramov adına Respublika Stadionu ətrafında daha iki Nəqliyyat Mübadilə mərkəzlərinin yaradılması nəzərdə tutulub. Trend-in məumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, daha sonra Bakıətrafı qəsəbələrdə kiçik mərkəzlərin yaradılması nəzərdə tutulub: "Hazırda dəyərləndirmə aparılır. Bu HUB-lar mərkəzdən uzaq ərazidə yaşayan sərnişinlərin daha rahat şəkildə gəlməsini təmin edəcək".