Azərbaycanda boşananların çoxu 5 ilə qədər evli olanlardır


Digərləri 26 Sen 2019 09:05:00 213 0

Azərbaycanda boşananların çoxu 5 ilə qədər evli olanlardır

Azərbaycanda boşananlar arasında nikahı 5 ilə qədər davam edənlər çoxluq təşkil edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2018-ci il ərzində Azərbaycanda 14857 boşanma qeydə alınıb.

Boşananlarının 5296-nin nikahı 5 ilə qədər, 4188-nin nikahı 5-9 il, 3441-nin nikahı 10-19 il, 1932-nin nikahı 20 il və çox davam edib.

Boşanmalar daha çox 30-34 yaşlı kişilər, 25-29 yaşlı qadınlar arasında qeydə alınır.

Ötən il boşanan kişilərin 1-nin yaşı 18, 4-nün yaşı 19 olub.

Qadınlara gəldikdə, ötən il 18 yaşında boşanan qadınların sayı 39, 19 yaşında boşanan qadınların sayı 141 nəfər olub.

Ümumilikdə, 2018-ci ildə boşanan kişilərin 589-u 20-24 yaşlı, 2865-i 25-29 yaşlı, 3716-ı 30-34, 2751-i 35-39 yaşlı, 1790-ı 40-44 yaşlı, 1204-ü 45-49 yaşlı, 872-si 50-54 yaşlı, 560-ı 55-59 yaşlı, 462-i 60 və yuxarı yaşlı olub.

Nikah vəziyyəti 5 ilədək davam edərək boşanan kişilər arasında 25-29 yaşlılar üstünlük təşkil edib. Ötən il 2025 nəfər 25-29 yaşlı kişi 5 ilədək davam edən nikahına son qoyub.

5-9 illik nikahlarından sonra boşanan kişilər arasında isə 30-34 yaşlılar çoxluq təşkil edib. Ötən il bu yaşda olan 1714 kişi boşanıb.

Nikahları 10-19 il davam etdikdən sonra boşanan kişilər arasında 35-39 yaşlılar çox olub. 2018-ci ildə 1246 nəfər 35-39 yaşlı kişi boşanıb.