Günün qoroskopu: Ekzotika və mistikaya marağınız artır


Digərləri 26 Sen 2019 00:01:00 193 0

Günün qoroskopu: Ekzotika və mistikaya marağınız artır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Bu gün baş verən hadisələr sizi sevindirir və ruhlandırır. Qarşınızda duran məqsədlər nə qədər çətindirsə, siz bir o qədər həvəs və entuziazmla o işlərə yanaşırsınız. Qeyri-standart hərəkətləriniz, orijinallıq nümayiş etdirməyiniz bütün diqqətlərin sizə cəlb olunması ilə nəticələnir. Güclü müttəfiqlər tapmaq şanslarınız var. Bu gün başlatdığınız işgüzar münasibətlər davamlı və məhsuldar olacaq.

Müxtəlif avatntüralara doğru meyllisiniz. Yeni eksperimentlərə həvəslə yanaşırsınız. Bu isə o deməkdir ki, yeni təəssüratlar cəhətdən kasadlıq olmayacaq.

Buğa - İşgüzar tərəfdaşlarınızla danışıqlarınız proqreslə nəticələnəcək. Birgə fəaliyyət olduqca məhsuldar alınacaq. Sizin kimi düşünən insanlarla işləməkdən zövq alırsınız. Rəhbərliklə münasibətləriniz qaydasına düşür.

Yaxınlarınızla münasibətlərdə olduqca ədəblisiniz. Bu səbəbdən məişət çətinlikləri mübahisələrə səbəb olmur. Alış-veriş etmək olar, zövqünüz sizi aldatmayacaq.

Əkizlər - Qarşıda qoyulan məqsədləri doğru anlamaq və öz imkanlarınızı düzgün qiymətləndirməklə yaranmış çətinlikləri aşa biləcəksiniz. Həddən artıq emosional insanlarla qarşılaşdıqda belə sakitliyinizi və soyuqqanlılığınızı qoruyursunuz.

Gün təhsil və ixtisas artırmaq üçün münasibdir. Bununla yanaşı, istirahət üçün də vaxt tapırsınız. Romantik görüşlər ümidlərinizi doğruldur.

Xərçəng - Diqqətinizi işə cəmləsəniz, hər şeyi çatdıra biləcəksiniz. Özünüintizam ilə bağlı problem yaşamırsınız. Bir neçə iş görməli olsanız belə, dağınıqlıq yaranmır. Vacib imtahanlar vermək, iş görüşləri keçirmək olar.

Vacib informasiya daxil olması ehtimalı da yüksəkdir. Nəzərdə tutulmayan səfərə çıxmaq ehtimalınız da var.

Şir - Fikriniz bir qədər dağınıqdır, lakin bu, işləməyinizə, qarşıda duran məsələləri həll etməyinizə mane olmur. Vaxtında sakitləşə və gərginləşmiş vəziyyəti zarafatlarınızla yumşaltmağa qadirsiniz.

Təsərrüfat işləri ilə, məişət problemlərinin həlli ilə məşğul olmaq olar. İş prosesində yeni ideyalarınız yaranacaq.

Qız - Vəziyyəti nəzarətdə saxlamaq üçün bir qədər güc itirirsiniz. Bununla yanaşı, bu gün bir qədər sakitləşmək və axın istiqamətində üzmək olar. Hadisələr sizin üçün əlverişli olan şəkildə cərəyan edir. Sizin maraqlarınızın qeydinə qalan insanlar da var ətrafınızda.

Özünəgüvən hissi artır. Başa düşürsünüz ki, həm işgüzar, həm də şəxsi məsələlərdə uğur qazana bilərsiniz.

Tərəzi - Dolğun və məhsuldar bir gündür. Sizin energetik potensialınız olduqca yüksəkdir. Bu səbəbdən də, çoxsaylı işlərin olmasına baxmayaraq, özünüzdə yorğunluq hiss etmirsiniz. Hər şeyi düzgün qiymətləndirib doğru qərar verə bilirsiniz.

(adsgarden = window.adsgarden || []).push({});