Hamiləlik zamanı qidalanma


Digərləri 25 Sen 2019 23:05:00 232 0

Hamiləlik zamanı qidalanma

Körpənin sağlamlığının təməli ana bətnində qoyulur. Buna isə yalnız hamilə qadının sağlam qidalanması təminat verə bilər. Hamiləliyin ilk dövrlərindən etibarlı qida rasionuna xüsusi diqqət yetirilməlidir. Qidanın azlığı və keyfiyyətsizliyi müxtəlif problemlərə səbəb ola bilər. Qida qəbulu normadan az olarsa, anemik vəziyyət, dölün inkişafdan qalması, vaxtından əvvəl doğuş və hamiləliyin digər patoloji vəziyyətləri qaçılmazdır.

Son.az bildirir ki, həkim-ginekoloq Kəmalə Əliyeva AZƏRTAC-a deyib: "Hamiləlik vaxtı normal çəki artımı körpənin beş aylığına qədər 4,5-5, hamiləliyin sonuna qədər 12-13,5 kiloqrama qədər olmalıdır. Qadın normadan artıq qida qəbul edərsə və bunun xüsusən də hamiləliyin ikinci yarısında baş verməsi preklamasiya, hamiləliyin hipertenziyası, esteteon diabet kimi ağılrlaşmaların yaranmasına səbəb ola bilər. Həmin dövrdə çəki artımının normadan artıq olması gizli ödemlərin yaranması şübhəsi yaradır".

Onun dediyinə görə, hamilələrin rasionunda meyvə və tərəvəzlər üstünlük təşkil etməlidir: "Qida piramidası anlayışı mövcuddur, hansı ki, onun əsas hissəsi gec həzm olunan karbohidrat, zülal və az miqdarda yağlardır. Eyni zamanda tərkibində minerallar, vitaminlər və mikroelementlər olan qidaların qəbuluna da xüsusi diqqət yetirilməlidir".

İlk növbədə hamilə qadınlar qida rasionundan spirtli və energetik, qazlı və tonuslandırıcı içkiləri çıxarmalıdırlar. Konservləşdirilmiş və hisə verilmiş qidalar, o cümlədən fastfudlar qəbul edilməməli, şirniyyatlardan az istifadə olunmalıdır. Şoraba, konfet və yağlı qidalar rasiona daxil edilməməlidir".

(adsgarden = window.adsgarden || []).push({});