Bakıda əhali qeyriərzaq məhsullarına daha çox pul xərcləyib


Digərləri 25 Sen 2019 22:10:00 271 0

Bakıda əhali qeyriərzaq məhsullarına daha çox pul xərcləyib

2019-cu ilin yanvar-avqust aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,2 faiz artaraq 13 milyard 141,4 milyon manat olub.

Son.az Trend-ə istinadən bildirir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artaraq 5 milyard 918,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,0 faiz artaraq 7 milyard 223,3 milyon manata bərabər olub.

İstehlak məhsullarının 28,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 45,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.