Dünya Bankının regional direktoru: Azərbaycan biznes mühitində islahatlar sahəsində əhəmiyyətli irəliləyişə nail olub (ÖZƏL)


Digərləri 25 Sen 2019 18:25:00 254 0

Dünya Bankının regional direktoru: Azərbaycan biznes mühitində islahatlar sahəsində əhəmiyyətli irəliləyişə nail olub (ÖZƏL)

Trend İnformasiya Agentliyinin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastyan Molineusla özəl müsahibəsi

Bakı. Ləman Zeynalova - Trend İnformasiya Agentliyinin Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Sebastyan Molineusla özəl müsahibəsi. “Bu, mənim iyul ayında regional direktor vəzifəsinin icrasına başladıqdan sonra Azərbaycan kütləvi informasiya vasitələrinə ilk müsahibəmdir. Mən öz həmkarlarımdan eşitmişəm ki, Trend çox məşhur informasiya agentliyidir və Dünya Bankının daha geniş regionda işinə olan daimi marağınıza görə sizə təşəkkürümü bildirirəm”. Dünya Bankının Azərbaycanda yeni layihələri barədə Hazırda Dünya Bankı Azərbaycan hökuməti ilə bir neçə yeni və maraqlı layihələri müzakirə edir: “Hazırda biz strateji tərəfdaşlığın keçid dəyərləndirilməsini aparırıq. Bu proses zamanı biz strategiyanın reallaşdırılmasının birinci yarısında əldə olunan nəticələri təhlil edirik, hər hansı bir dəyişikliyin lazım olub-olmamasını dəyərləndiririk. Hazırda Azərbaycan hökuməti ilə bir neçə yeni və maraqlı layihələri müzakirə edirik. Bu, bizim adətən birgə işlədiyimiz sahələri əhatə edir. Biz nəqliyyat kimi ənənəvi sahə ilə yanaşı, hökumətin özünüməşğulluq proqramına dəstək göstərilməsi kimi yeni sahədə işləməyə ümid edirik. Amma vacib bir məsələni qeyd edim: Dünya Bankı hökumətlərə layihə təqdim etmir. Dəstəklədiyimiz bütün layihələr dövlət layihələridir və biz bu layihərlərin reallaşdırılmasında maliyyə və texniki biliklərimizi təklif edirik”. Regional direktor qeyd edib ki, cari tərəfdaşlıq strategiyası 2020-ci ildə başa çatır və Dünya Bankı növbəti dövr üçün yeni strategiya təqdim etmək niyyətindədir: “Ölkə üzrə tərəfdaşlıq strategiyaları sistemli ölkə diaqnostikası adlanan dəqiq təhlilə əsaslanır. Strategiyamızda və yanaşmamızda istənilən potensial dəyişikliklər bu təhlilə əsaslanır. Tərəfdaşlıq strategiyamız hazırlanarkən biz hökumət, vətəndaş cəmiyyəti, elmi dairələr, özəl sektor və kütləvi informasiya vasitələri kimi maraqlı tərəflərlə işləyəcək və məşvərətlər keçirəcəyik”. S.Molineus əlavə edib ki, DB son 27 il ərzində Azərbaycanın etibarlı tərəfdaşı olub, keçid dövrünün çətin keçən ilk illərində ölkəyə kömək göstərib, əsas infrastrukturun bərpa olunmasında, vacib islahatların həyata keçirilməsində dəstək olub: “Biz isə öz növbəmizdə Azərbaycandan çox şey öyrəndik və bu bilikləri digər ölkələrə ötürdük. Hazırda Azərbaycan özəl sektoru gələcək iqtisadi artımın önünə çıxarmaq, insan kapitalının keyfiyyətini yaxşılaşdırmaq üçün inkişaf strategiyasını nəzərdən keçirir. Mənim Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru vəzifəsində prioritetlərim bu cür vacib məqamda Azərbaycan hökumətinə və xalqına dəstək göstərməyə davam etmək olacaq”. Bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq O bildirib ki, DB bərpa olunan enerji mənbələri sahəsində texniki-iqtisadi əsaslandırma işində Azərbaycana kömək göstərə bilər: “Biz Azərbaycan Energetika Nazirliyinin bərpa olunan enerji mənbələrinin xəritələnməsi üçün ehtiyaclarını müəyyən etmək məqsədilə onlarla işləyirik. Bank bu prosesdə öz dəstəyini göstərə bilər”. S.Molineus qeyd edib ki, bank həmin sektoru layihələrin birbaşa maliyyələşdirilməsi və ya potensial kommersiya kreditorlarına təminatların verilməsi yolu ilə dəstəkləyə bilər. Cənub Qaz Dəhlizinin əlavə maliyyələşdirilməsi imkanı barədə